Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2024 , 19:33

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

"Dağüstü 1" qəbiristanlığında abadlıq-quruculuq işləri davam etdirilir

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi,Mətbuat prospekti və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən “Dağüstü 1 qəbiristanlığı”nda qarşıdan gələn faşizm üzərində qələbənin 79 ildönümü münasibətilə Böyük Vətən Müharibəsi  zamanı 1941-1945-ci illərdə həlak olanların dəfn olunduqları qardaşlıq məzarlığında aparılan abadlıq işləri davam etdirilir. Qəbir daşları təmir edilir,Yaşıllaşdırma  Təsərrüfatı Birliyinin əməkdaşları ilə birlikdə genişmiqyaslı təmizlik işləri aparılır, yaşıl ağaclar budanır,köküstə quru vəziyyətdə olan ağaclar götürülür.

Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı  səfirliyinin böyük məsləhətçisi  Andrey Rumyantsev  1941-1945-ci illərdə həlak olanların dəfn olunduqları qardaşlıq məzarlığında aparılan  abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşlar.Sonda  sədr Tahir Məmmədov bələdiyyənin əməkdaşlarına görüləcək  işlərlə bağlı  bir sıra tapşırıqlar verdi. 

Yasamal Bələdiyyəsi

22.04.2024


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər